“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
“AzerGold” əməkdaşlarının övladları üçün qızıl mədəninə ekskursiya təşkil edilib
“AzerGold” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkət əməkdaşlarının övladları üçün xüsusi tədbir təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində uşaqlar Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) ekskursiya ediblər.
Ekskursiyanın əsas məqsədi uşaqları Azərbaycanın dağ-mədən sənayesi, faydalı qazıntıların hasilatı və emalı prosesi, o cümlədən valideynlərinin çalışdığı iş mühiti ilə tanış etmək, həmçinin onların ətraf mühitə və peşə müxtəlifliyinə dair dünyagörüşünü genişləndirmək olub.
Tədbir zamanı uşaqlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Kiçik qonaqlar istehsalat sahələrini gəzib, laboratoriya avadanlıqları və mədən texnologiyaları ilə yaxından tanış olublar.
Sonda azyaşlı ziyarətçilərə Cəmiyyətin adından xatirə hədiyyələri təqdim olunub.































































