Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Bakıda "Nağıllar aləmi İçərişəhər" festivalı keçirilir

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə "Nağıllar aləmi İçərişəhər" adlı festival keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir Şirvanşahlar Sarayı kompleksinin qarşısından başlayan uşaq paradı ilə başlayıb. 300-dən çox uşağın iştirak etdiyi yürüş barabanlar və musiqi sədaları altında Qoşaqala meydanına qədər davam edib.
Festival çərçivəsində uşaqlar üçün müxtəlif əyləncə və fəaliyyət zonaları təşkil olunub. Proqrama şənliklər, oyun zonaları, batutlar və attraksionlar, kukla teatrı və nağıl saatı, həmçinin rəqs, musiqi və idman nömrələri daxildir. Rəsm və yaradıcılıq emalatxanaları, robot şouları və interaktiv personajlar da festival iştirakçıları üçün təqdim olunur.
Festivalda Respublika Diaqnostika Mərkəzinin təşəbbüsü ilə uşaqlar üçün pulsuz tibbi müayinə də həyata keçirilir.
Festival saat 19:00-a qədər davam edəcək. Tədbirin məqsədi uşaqların bayram gününü sevincli və yaddaqalan keçirməsini təmin etməkdir.

Aləmdə Nəsib





















































