Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?
Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində başlayan söküntü işləri davam edir.
Qaynarinfo İTV-yə istinadən xəbər verir ki, "Sovetski” adlandırılan ərazinin bir neçə küçəsində istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır.
Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb. Yerində isə parkın salınması gözlənilir. Amma vətəndaşlar onlara təklif edilən kompensasiya məbləği ilə razılaşmır.
Sakinlərdən birinin sözlərinə görə, bura onun ata-baba mülküdür: "İstər-istəməz bizə kvadratı 2700 manatdan sərf etmir. Biz burada 3 bacı, bir qardaş yaşayırıq. Sökülsə, 2-3 ev almağa imkanım yoxdur”.
68 ildir burada yaşayan digər bir vətəndaş isə verilən pulla normal ev ala bilməyəcəyini deyib: "Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 çox az puldur. Buradan köçüb normal ev almaq üçün minumum 5000 manatdan hesablanmalıdır”.
Söküntü işləri ilə bağlı yaradılan komissiyadan isə bildirilib ki, yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat nəzərdə tutulub. Hazırda 206 ailə ilə razılaşma əldə olunub. Həmçinin qeyd edilib ki, aparılan söküntü işləri məcburi deyil.






















































