Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Azərbaycana zərərli makaronlar gətirilib? - Rəsmi açıqlama

AQTA “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qurumdan “Qafqazinfo”ya bildirilib ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb:
“Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş “Barilla” əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır”.
Qeyd edək ki, yayılan xəbərdə italyan makaron markasında sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edildiyi, bu səbəbdən məhsulun geri çağırılması prosesinə start verildiyi bildirilib. İddia 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan partiyalara aid edilib.





















































