Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

10 Haz 17:30Manşet / Gündəm / Sosial

"28 May"ın modern dayanacaqları: Nə oturacağı var, nə daldalanacağı

"28 May"ın modern dayanacaqları: Nə oturacağı var, nə daldalanacağı

Bakı Dəmiryol Vağzalının və metronun "28 May" stansiyasının qarşısındakı ərazidə həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma layihəsi vizual cəhətdən təsirli görünsə də, praktik istifadə baxımından o qədər də əlverişli deyil.

Oxu.Az xəbər verir ki, yenilənmiş ərazidə ən böyük problem avtobus dayanacaqlarının tam funksional olmamasıdır.

Ümumi sahəsi 3.5 hektar təşkil edən bu ərazidə minik avtomobillərinin hərəkəti tamamilə məhdudlaşdırılaraq, müasir şəhərsalma standartlarına uyğun avtobus, piyada və velosiped zolaqları formalaşdırılıb. İki yeni dayanacaq da inşa edilsə də, bu dayanacaqlarda sərnişinlər üçün nə oturacaq yerlər, nə də hava şəraitindən - yağış və küləkdən qorunmaq üçün örtük mövcuddur.

Gündəlik bu ərazidəki ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar hələ də ümid edirlər ki, tezliklə əraziyə hava şəraitindən qoruyan müvafiq avadanlıqlar quraşdırılacaq.

Məsələni aydınlaşdırmağa çalışdıq.

Sözügedən ərazidə layihələndirmə, həmçinin tikinti işləri aparmış şirkətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən dayanacaq hazırlanmış xüsusi layihə əsasında icra edilib.

"Belə dayanacaqlara dünyanın bir sıra şəhərlərində rast gəlmək olar", - deyə məlumatda bildirilib.

Şirkətin açıqlamasından belə məlum olur ki, ərazi layihəyə uyğun inşa edilib və orada hər hansı bir daldalanacağın quraşdırılması nəzərdə tutulmayıb.

Əzizə İsmayılova