Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
ABŞ-nin onlarla təyyarəsi Şərqə doğru yola düşüb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus onlarla "KC-135 Stratotanker" tipli yanacaqdoldurma təyyarəsi ölkə daxilindəki bazalarını tərk edərək Atlantik okeanı üzərindən Şərq istiqamətində hərəkətə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatlar "Flightradar24" və digər aviasiya izləmə platformalarının qeydlərinə əsaslanır.
16-27 iyun tarixlərində Finlandiyada NATO-nun "Atlantic Trident 25" adlı hava qüvvələri təlimləri keçiriləcək. Finlandiya Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi açıqlamaya görə, təlimlərə məhz bu tip yanacaq təyyarələri də cəlb olunacaq.
Lakin hərbi təyyarələrin hərəkətini izləyən bəzi monitorinq kanallarının administratorları bu təyyarələrin İran-İsrail münaqişəsində də istifadə oluna biləcəyini ehtimal edirlər.






















































