Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Sevgisi uğrunda özünü məhv edən ifaçının faciəsi: Səsi batdı, körpəsi öldü
Mariya Kallas Nyu-Yorkda yunan ailəsində doğulmuş, uşaqlıqdan musiqiyə yönləndirilmiş bir istedaddır.
Gənc yaşlarında ailəsinə kömək etmək üçün çalışan Kallas vokal təhsilini Afinada davam etdirir.
O, səhnədə parlayaraq dünyanın ən tanınmış opera ifaçılarından birinə çevrilir. İlk olaraq iş adamı Meneqini ilə evlənən Mariya daha sonra Aristotel Onassisə aşiq olur. Onassislə münasibəti ərinin gözü önündə başlayır və sənətini ikinci plana atmasına səbəb olur.
Mariya bu münasibətdə həm sevgi, həm də xəyanət yaşayır, Onassis onun körpəsini istəmir və uşaq tezliklə vəfat edir. Keçirdiyi sarsıntılar Kallasın səhnədə səsini itirməsi ilə nəticələnir və o, sənətdən uzaqlaşır. Onassis daha sonra Jaklin Kennedi ilə evlənir, Mariya isə bu xəbəri qəzetlərdən öyrənir və sağlamlığı daha da pisləşir.
Uzun illər tənha yaşayan, sevgisi və sənəti uğrunda hər şeyini itirən Mariya Kallas 1977-ci ildə ürəktutmadan vəfat edir.
Ətraflı Baku TV-nin süjetində:






















































