“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...”

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafizə orqanlarının evə basqını zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı qızı Çimnaz İbrahimova deyib.
“Hüquq-mühafizə orqanları səhər saatlarında evə daxil olub, onları vəhşicəsinə döyərək evdən çıxarıblar. Polisin belə bir hərəkətə yol verməsi heç başadüşülən deyil. Bu cür işgəncələr normal sayılmamalıdır”, - Ç.İbrahimova əlavə edib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Ətraflı Baku TV-nin süjetində:























































