Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

07 Tem 10:45Manşet / Gündəm / Sosial

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında sərnişinlər ekskalatorda yıxılıblar.

Bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.

Qeyd olunub ki, təxminən 40-45 yaşlarında xanımın yıxılmasına səbəb eskalatorun işləməməsi olub.

"Xanım yıxılan kimi, eskalatorun hərəkəti dayandırıldı. Sərnişinlərlə metro işçiləri arasında insident oldu",- deyə məlumatda bildirilib.

Oxu.Az-ın sorğusuna "Bakı Metropoliteni" QSC-dən cavab olaraq bildirilib ki, xanımın yıxılmasına səbəb müvazinətini itirməsi olub.

"Sözügedən hadisə ilə bağlı bildiririk ki, metrodan ilk dəfə istifadə edən xanım sərnişin üç övladı ilə birlikdə "İnşaatçılar" stansiyasında eskalatordan istifadə qaydalarına bələd olmadığı üçün minməyə tərəddüd edib, eskalatora mindikdən sonra isə müvazinətini itirərək yıxılıb. Uşaqlar da onunla birlikdə yıxılıblar.

Metropoliten əməkdaşları hadisəyə dərhal müdaxilə edib, beş saniyə ərzində eskalatorun hərəkəti dayandırılaraq sərnişinlərin təhlükəsizliyi təmin olunub. Eyni anda ehtiyat eskalator işə salınaraq hərəkət axını bərpa edilib.

Nəzərinizə çatdırırıq ki, sərnişin xanımın öz istəyi ilə təcili tibbi yardım çağırılmayıb və çəkiliş aparılmasına razılıq verilməyib. Əməkdaşlarımız tərəfindən sərnişinin şəxsi məxfiliyinə və seçimlərinə hörmətlə yanaşılıb",- deyə məlumatda bildirilir.

Əzizə İsmayılova