Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

09 Tem 07:51Manşet / Gündəm / Sosial

Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?

Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?

Ucar rayonunun Qazyan kənd sakini, 26 yaşlı Sübhan Hüseynov "tükdönməsi" əməliyyatı zamanı aldığı narkozdan sonra komaya düşüb və bir müddət sonra vəfat edib.

Ailəsi onun ölümündə həkim səhlənkarlığını əsas səbəb kimi göstərir.

Mərhumun anası bildirib ki, həkim əvvəlcə oğlu üçün narkoz tətbiq edilməyəcəyini, yalnız iynə ilə yerli keyitmə aparılacağını desə də, əməliyyat zamanı ümumi narkoz verilib:

"Həkim mənə dedi ki, narkoz verməyəcək, iynə ilə keyidəcək. Amma balama narkoz veriblər. Heç demə, uşaq orada ölüb. Ciyərini vurub partladıblar. 44 günlük müharibədə oğluma heç nə olmadı, amma bir iynə ilə onu öldürdülər".

Uzun müddət komada qalandan sonra həyatını itirən şəxsin ölümü ciddi müzakirələrə səbəb olub. Böyük əksəriyyət "tükdönməsi" əməliyyatının ölüm riski daşımadığını bildirir.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla da təsdiqləyir ki, bu əməliyyat yüngül prosedurlar qrupuna aiddir:

"Məlumata görə, narkoz verildikdən sonra problemlər başlayıb. Əgər belə hal baş veribsə, mütləq meyitin yarılması və hadisənin dəqiq araşdırılması vacibdir".

Ətraflı Baku TV-nin süjetində: