Menu
Xəbər Lenti
Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

Tarixi missiya
27-08-2025, 10:18

Tarixi missiya

12 Tem 10:15Manşet / Gündəm / Siyasət

“Biz nə etdiyimizi çox yaxşı bilirik, heç kim qorxmasın” - Ərdoğan

 

“Dünən PKK aldığı qərarı həyata keçirdiyini açıqladı və tərksilah oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında deyib.

“Biz “Terrorsuz Türkiyə” üçün canımızı ortaya qoyduq, Türkiyənin xeyrinə olmayan heç bir işdə olmadıq. Bundan sonra Türkiyənin xeyrinə olan bütün işlərdə bizi ən öndə görəcəksiniz. Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim qorxmasın. Nə ediriksə, Türkiyə və millətimiz üçün edirik. Terror bitəcək, görəcəksiniz. Türkiyə qazandı, hər bir vətəndaşımız qazandı”, - Ərdoğan bildirib.

O qeyd edib ki, terrorun məqsədi kürd ilə türkün arasına nifaq toxumu səpmək idi, amma bu gün türk ilə kürd qucaqlaşdı: “İndi oturub danışacağıq, amma silahlarla deyil. Bütün məsələləri qarşılıqlı oturub müzakirə edəcəyik”.

Xatırladaq ki, ötən gün “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində 47 ildən sonra Süleymaniyyədə bir qrup PKK üzvü silahlarını təhvil verib.

Mədinə Useynova