“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Xanımına maşın sürməyi öyrədirmiş - Yenilənib + Video

Sumqayıt şəhərində dənizdə maşın batıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında baş verib.
Belə ki, bir nəfər dənizin sahilində - suyun dayaz olduğu yerdə “tryuk”lar etmək istəyərkən avtomobil quma batıb.
***
Sumqayıt şəhərində dəniz sahilində avtomobillə təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin verdiyi məlumata görə, insanların istirahət etdiyi ərazidə idarəetmə hüququ olmadan “Hundai” markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı polis şöbəsinə dəvət olunub.
Məlum olub ki, avtomobil qadına sürücülük öyrədilməsi məqsədilə verilib.
Onlar izahatlarında etdiyi bu qanun pozuntusundan peşman olduqlarını bildiriblər.
Hər iki şəxs barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib olunub.
Video: Lent.az






















































