Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

15 Tem 09:56Manşet / İdman

Komandalar dünya çempionatında nə qədər qazandı?

 

Klublararası dünya çempionatında mübarizə aparan 32 komandanın turnirdən nə qədər gəlir əldə etdikləri açıqlanıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, turnirin finalçılarının hər biri 100 milyon dollardan çox gəlir əldə edib. 

“Çelsi” dörd həftə ərzində 114 milyon 535 min, PSJ isə 106 milyon 835 min dollar qazanıb.

Yarımfinalda mübarizə aparmış digər komandalar - “Real Madrid” 82,44, “Fluminense” isə 60,84 milyon dollar qazanıb.

Çempionatda ən az məbləği (4,58 milyon dollar) sonuncu yeri tutan Yeni Zelandiyanın “Okland Sity” komandası əldə edib.

Digər klubların qazancı belədir:

“Atletiko Madrid” - 21,4 milyon

“Porto” - 24 milyon 

“Yuventus” - 26,6 milyon

“Flamenqo” - 27,7 milyon

“Benfika” - 32,2 milyon

“Əl-Hilal” - 34,2 milyon

“İnter” - 36,8 milyon

“Palmeyras” - 39,8 milyon

“Mançester Siti” - 51,7 milyon

“Borussia Dortmund” - 52,3 milyon 

“Bavariya” - 58,2 milyon