Menu
Xəbər Lenti
Güclü külək əsir
Bugün, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
Bugün, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

17 Tem 09:18Manşet / Gündəm / Dünya

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

 

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

Onun sözlərinə görə, bir neçə görüş baş tutub və bütün lazımi əşyaların ötürülməsi təmin edilib.

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur: “Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.

Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik tranziti, qadağan olunmuş maddələrin onlayn ticarəti və kiberdələduzluqda şübhəli bilinən səkkiz rusiyalı saxlanılıb.