Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

19 Tem 09:09Manşet / Gündəm / Dünya

Azərbaycandakı bu şirkət də Aİ-nin sanksiyasına məruz qaldı

 

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ, həmçinin təsdiqlənmiş paket çərçivəsində Azərbaycan, Hindistan, Çin, BƏƏ və Sinqapurdan olan 18 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Belə ki, Çinin “Bellatrix Energy”, “Zhu Jiang Shipmanagement”, “ACE Electronic HK”, “Wuhan Global Sensor Technology” və “Shandong ODES Industry”, Hindistanın “Intershipping Services Hub Private” və “Nayara Energy”, Mavrikiyanın “Redbird Corporate Services” və “Sapang Shipping”, Sinqapurun “2Rivers PTE”, Azərbaycanın “Aqua Fleet Management”, BƏƏ-nin “Intershipping Services”, “Twister Shipmanagement”, “Admiral Group”, “Milavous Group”, “2Rivers DMCC”, “Monolink Group” və “Tarabya Logistics” şirkətləri sanksiyaya məruz qalıb.

Qeyd edək ki, Azərbaycanda sanksiyaya məruz qalan şirkət gəmi sahiblərini və idarəçiləri dünyanın müxtəlif yerindəki terminallar, agentlər, təchizatçılar və xidmət təminatçıları şəbəkəsi ilə birləşdirir.