“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Ermənistanda müxalifətçi həbs edildi - Çevriliş ittihamı
Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan ölkədə “hökuməti devirməyə ictimai çağırışlar” ittihamı ilə həbs edilib.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi qərar qəbul edib.
Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Akopyanın saxlanıldığını açıqlamışdı. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur. İstintaq siyasətçiyə qarşı belə ittihamların irəli sürülməsini iyulun 1-də dərc olunmuş müsahibə ilə əlaqələndirib. Bir neçə hüquq müdafiəçisi isə bəyanat verərək müxalif siyasətçi R.Akopyanın təqibini söz azadlığının boğulmasının növbəti təzahürü adlandırmışdılar.
Qeyd edək ki, iyunun 18-də isə Ermənistan Daxili İşlər Nazirliyi “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Karapetyanla bağlı iki ay müddətinə həbs qərarı çıxarılıb. Terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinən arxiyepiskop Baqrat və arxiyepiskop Mikael Acapaxyan, həmçinin “Müqəddəs mübarizə” müxalifət hərəkatının tərəfdarları da eyni ittihamla həbs ediliblər.






















































