Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
25 il sonra ilk dəfə...
Son 25 ildə ilk dəfə İsrail və Suriya nazirləri arasında yüksək səviyyəli danışıqlar həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Görüşün Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə həyata keçirildiyi bildirilir.
Portalın məlumatına görə, danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsad əl-Şeybani iştirak edib.
Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub.























































