Menu
Xəbər Lenti
15 istiqamətdə tıxac var
3-11-2025, 05:25

15 istiqamətdə tıxac var

Bu ərazidə qaz olmayacaq
31-10-2025, 04:59

Bu ərazidə qaz olmayacaq

“Ayın oyunçusu” seçildi
31-10-2025, 04:57

“Ayın oyunçusu” seçildi

26 Tem 09:34Manşet / Dünya

Özbəkistan Prezidentini təhqir edən şəxslə bağlı açıqlama - Azərbaycanda tutulmuşdu

ozbekistan-prezidentini-tehqir-eden-sexsle-bagli-aciqlama

Xəbər verdiyimiz kimi, Özbəkistan tərəfindən beynəlxalq axtarışa verilmiş 43 yaşlı Omonbek Yusubov Azərbaycanda saxlanılıb və daha sonra ölkəsinə təhvil verilib.

“Qafqazinfo” Özbəkistan mediasına istinadən xəbər verir ki, bu ölkənin prokurorluğu ekstradisiya prosesi ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi təhqir etdiyinə görə barəsində cinayət işi açılmış şəxs beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun keçirilmiş prosedurla Azərbaycandan təhvil alınıb.

Açıqlamada qeyd edilib ki, Özbəkistan Prezidentini internet resurslarında təhqir edənlər şəxsi cinayət məsuliyyəti daşıyırlar və onların tutularaq ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Bir müddət əvvəl oxşar əməlləri törətmiş 25 yaşlı Özbəkistan vətəndaşının da xarici ölkələrdən birində tutularaq Daşkəndə gətirilməsi məlumatda xatırladılıb.