Xəbər Lenti
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
Putinlə Zelenskinin görüşü iki həftə ərzində baş tuta bilər
Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş iki həftə ərzində baş tuta bilər.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Kansleri Fridrix Merts açıqlayıb.
Onun sözlərinə görə, bu barədə ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin Ağ Evdəki görüşdə fasilə zamanı telefonla danışarkən razılaşıblar.
Kansler, həmçinin qeyd edib ki, görüşün yeri daha sonra razılaşdırılacaq.
Xatırladaq ki, avqustun 18-də Ağ Evdə D.Trampla V.Zelenski, daha sonradan Avropa ölkələrinin liderlərinin iştirakı ilə görüş keçirilib. Putinin köməkçisi Yuriy Uşakov bildirib ki, Tramp telefon danışığı zamanı Putini Vaşinqtonda baş tutan danışıqlar barədə məlumatlandırıb.