Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
Bugün, 12:23

Sabah hava necə olacaq?

Sabah hava yağmurlu olacaq
5-09-2025, 12:09

Sabah hava yağmurlu olacaq

Güclü külək əsir
4-09-2025, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
4-09-2025, 10:10

Neftimiz ucuzlaşdı

08 Eyl 16:51Manşet / Gündəm / Sosial

QHT sədri Yasəmən Qəyyumlunun təşəbbüsü ilə “Məktəbli məktəbə getsin” layihəsinin icrası davam edir.

QHT sədri Yasəmən Qəyyumlunun təşəbbüsü ilə   “Məktəbli məktəbə getsin” layihəsinin icrası davam edir.

İmişli rayonunda aztəminatlı ailələrin övladlarına məktəbli formaları və ləvazimatları təqdim olunub.
Sentyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü , “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin təşkilati dəstəyi ilə İmişli rayonunda yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli geyimləri və ləvazimatları təqdim olunub.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti, İmişli Rayon Təhsil Sektoru və “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin məsul əməkdaşları, məktəblilər və onların valideynləri iştirak ediblər.
Aksiyanın çərçivəsində 50 aztəminatlı ailənin övladları yeni məktəbli formaları və dərs ləvazimatları ilə təmin olunublar. İcra Hakimiyyətinin məsul əməkdaşı Məhəmməd Sarıyev və İctimai Birliyin sədri Yasəmən Qəyyumlu tədbirdə çıxış edərək uşaqlarımızın dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, təhsil sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.
Sonda şagirdlərə dərslərində daha fəal və çalışqan olmağı tövsiyə edərək yeni dərs ilində onlara uğurlar arzulayıblar. Valideynlər göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Fərid Səfərov
Birliyin mətbuat katibi



Xezertv.info