Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Klub Mahirdən narazıdır?

Azərbaycan millisinin futbolçusu, Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli instaqramdakı son paylaşımı ilə diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, “Münster”ə qarşı heyətə salınmamasından sonra Emreli yeni bir paylaşım edib.
Videoda məşhur keçmiş hücumçu Zlatan İbrahimoviçin sözləri yer alıb:
“Bəzi insanlar sənin haqqında pis danışacaq, bəziləri yaxşı. Amma əgər pis danışırlarsa, deməli, sən yaxşı iş görürsən. Mənə inan”.
Daha sonra isə həmin “story” silinib.
“Kayzerslautern”nin baş məşqçisi Torsten Libernext “Münster” oyunundan əvvəl keçirilən mətbuat konfransında Emrelinin komandaya qayıdıb-qayıtmayacağını açıqlamamışdı. Oyundan sonra isə Libernext niyə “Nürnberq”dən transfer olunan futbolçunu yenidən heyətə salmadığını açıqlayıb. O, Emrelinin son məşqdəki inamsız təsir bağışlamasını nəzərdə tutaraq əlavə edib: “Məndə elə bir hiss yaranmadı ki, mütləq oyuna girmək istəyir. Komanda indi bu dinamikanı götürüb. Sən də bir az kənarda qalmalı və geri dönmək üçün çalışmalısan”.
Libernextin sözlərinə görə, Emrelinin yenidən komandada yer qazanmaq şansı hələ də var – amma bunu yalnız daha səmərəli məşq göstəriciləri ilə edə bilər.





















































