Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

25 Eyl 06:18Manşet / Dünya

Rusiya Ukraynada təlim bazasına iki “İsgəndər” atdı - Ölənlər var

rusiya-ukraynada-telim-bazasina-iki-isgender-atdi

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus təlim mərkəzinin ərazisinə iki “İsgəndər” ballistik raketi ilə zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Quru Qoşunları məlumat yayıb.

Raket zərbələri birbaşa Ukrayna hərbçilərinin sığınacağına tuş gəlib.

"İstənilən təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, təəssüf ki, şəxsi heyət arasında itkilər var. Hadisə yerində təcili xidmət qurumları fəaliyyət göstərir. Yaralı hərbçilərə operativ tibbi yardım göstərilir", – deyə Quru Qoşunlarının məlumatında bildirilir.

Hazırda təlim mərkəzlərinin, poliqonların və digər hərbi obyektlərin etibarlı sığınacaqlarla təchiz olunması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, hərbçilərin raket və hava hücumları zamanı müdafiəsini gücləndirmək məqsədilə əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.