“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
NASA Ayda kənd yaradacaq

ABŞ-nin kosmik agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd yaratmaq niyyətindədir.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə agentliyin inzibatçısı vəzifəsini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.
O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların yaşayacağı bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.
2026-cı ilin fevralında NASA “Artemida II” missiyasını işə salmağı və 50 il sonra Aya ilk pilotlu missiyaya dörd astronavtı göndərməyi planlaşdırır.
Bu dəfə Ayın səthinə eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları yerləşdirməyə qadir olacağı və Ayın səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.
Şon Daffi əlavə edib ki, NASA Ayda kənd tikdikdən sonra Marsa eniş istiqamətində sürətlə hərəkət etməyi planlaşdırır.






















































