Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Tarixdə ən çox istehsal edilən təyyarə o oldu

“Airbus A320” modeli ümumi istehsal sayına görə əsas rəqibi olan “Boeing 737”ni geridə qoyaraq mülki aviasiya tarixində ən çox istehsal edilən sərnişin təyyarəsi statusunu qazanıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” agentliyi Böyük Britaniyanın “Cirium” konsaltinq şirkətinin hesabatına istinadən xəbər yayıb.
Məlumata əsasən, rekorda səbəb olan sonuncu “Airbus A320” təyyarəsi Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkətinə təhvil verilib. Bununla da 1988-ci ildən bəri istehsal edilən A320 təyyarələrinin ümumi sayı 12 260 ədədə çatıb.
Qeyd olunur ki, “Airbus” şirkəti bu rekord göstərici ilə bağlı hələlik heç bir rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, “Airbus A320” dar gövdəli, orta məsafəli təyyarələr ailəsinə aiddir. 1988-ci ildə təqdim edilən bu model uçuş idarəetmə sistemində tətbiq olunan və pilot əmrlərinin kompüter vasitəsilə ötürülməsinə imkan verən texnologiyası ilə aviasiya sənayesində ilk kütləvi tətbiq nümunəsi hesab olunur.























































