Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 11:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 12:33

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 08:26

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 08:05

17 yolda tıxac var - Siyahı

23 Ekm 06:22Manşet / Dünya

Mussolininin villası satışa çıxarıldı

mussolininin-villasi-satisa-cixarildi

İtaliyada faşist diktator Benito Mussolininin yay aylarını keçirdiyi məşhur villa satışa çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Adriatik dənizi sahilində, Emiliya-Romanya regionunun Rikçione kurortunda yerləşən “Villa Mussolini” hərrac vasitəsilə satışa təqdim olunub.

Məlumata əsasən, Rikçione Bələdiyyəsi villanın alınması üçün təklif irəli sürməkdə maraqlıdır. Lakin potensial alıcının əmlakın adını dəyişdirməsinə icazə verilmir – o, “Villa Mussolini” adını saxlamalıdır.

Qeyd edək ki, Benito Mussolini 1934–1943-cü illərdə ailəsi ilə birlikdə bu villanı yay iqamətgahı kimi istifadə edib. 1893-cü ildə inşa olunan bina bərpa işlərindən sonra 2005-ci ilin iyul ayında yenidən istifadəyə verilib və o vaxtdan bəri sərgilər və müxtəlif tədbirlərin keçirildiyi məkana çevrilib.