Xəbər Lenti
3-11-2026, 06:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 07:43
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
“Bu, baş verməyəcək, çünki söz vermişəm”

“İsrail İordan çayının qərb sahilini ilhaq edərsə, ABŞ tərəfindən bütün dəstəyini itirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində danışıb.
Mövzu ilə bağlı suala cavab verən Tramp bildirib:
“Bu, baş verməyəcək, çünki ərəb ölkələrinə söz vermişəm. Siz (İsrail – red.) bunu indi edə bilməzsiniz. Biz ərəb ölkələrindən böyük dəstək almışıq. Bu, baş verməyəcək. Əgər belə olsa, İsrail ABŞ-nin bütün dəstəyindən məhrum olacaq”.























































