Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Konqresində

“Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 49-cu sessiyası Strasburqda öz işini artıq başa çatdırıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Belediyye.info-ya Konqresdə Azərbaycanın əsas heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev məlumat verib.
Onun sözlərinə görə, ölkəmizi bu sessiyada Konqresdə Azərbaycanın əsas heyətinin üzvləri olaraq Təmraz Tağıyev, Hümbət Hüseynov, Samirə Hüseynova və nümayəndə heyətinin katibi Rövşən Məmmədov təmsil edib.
“Avropada yerli özünüidarənin təşviqinin dörd onilliyi: Avropa Xartiyasının 40 ili” mövzusuna həsr olunan cari sessiyanın ilk günündə yeni üzvlərin etimadnamələri təsdiq olunub və eləcə də Avropa Şurasının Baş katibi Alen Bersenin bəyanatı dinlənilib.
Qeyd olunmalıdır ki, Alen Berse çıxışında, o cümlədən, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sonlandırılan münaqişə və hazırda gedən sülh prosesinə ayrıca istinad edib və bu xüsusda hər iki ölkə liderinin səylərini təqdir edib”, - deyə Təmraz Tağıyev bildirib.

























































