Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Ərdoğan Zəfər paradına gələcək?
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur”.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu deyib.
Türkiyə-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən nazir müavini bildirib ki, gənclər mövcud əlaqələri daha da genişləndirməlidirlər:
“Bu yöndə gənc iş adamlarının əməkdaşlığı vacibdir. 44 günlük müharibə ilə Qarabağın işğaldan azad edilməsi bizim üçün böyük Zəfərdir. Həmin dövrdə biz “Qarabağ Azərbaycandır” deyə səsimizi ucaldırdıq və bu gün isə “Qəzza Fələstindir” deyirik”.






















































