Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Millidən danışmayacağam, məşqçilər etiraz edir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 10-cu turunda “Turan Tovuz” “Şamaxı” üzərində 2:1 hesablı qələbə qazanıb.
“Qafqazinfo”nun məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov milli ilə bağlı suala cavab verməyəcəyini deyib:
“Millidən danışmayacağam. Mətbuat konfransı çox çəkdiyi üçün rəqib baş məşqçilər etiraz edirlər. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu, məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəyəm”.






















































