Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Türk nazir bütün orqanlarını bağışladı

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayıb.
“Qafqazinfo” xəbər verir ki, nazir orqan bağışlanmasının vacibliyinə diqqət çəkmək və bu sahədə maarifləndirmə aparmaq məqsədilə “e-Nabız” sistemi vasitəsilə orqanlarını rəqəmsal formada bağışlayıb:
“İnancımıza görə, bir canı xilas etmək bütün dünyanı xilas etməyə bərabərdir. Bu anlayışı cəmiyyətə düzgün çatdırmaq vacibdir.
İnsanlar sağ ikən özlərinin bir hissəsini bağışlayırlar. Ölkəmizdə ildə 5 mindən çox orqan köçürməsi həyata keçirilir və bunun 90 faizi canlı donorlardan alınır. Bu isə onu göstərir ki, cəmiyyət öləndən sonra da orqan bağışına daha açıq ola bilər. Bu istiqamətdə səylərimizi davam etdiririk. Hər gün Türkiyədə 32.500 insan bir orqan gözləyir”.






















































