Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
G20-də görüşməyəcəklər

Rusiya Prezidenti Vladimir Putin G20 liderlərinin sammitində ölkəsini təmsil edəcək nümayəndə heyətinə rəhbərlik etməyi Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinə həvalə edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sərəncam hüquqi informasiya portalında dərc olunub.
Qeyd edək ki, G20 Zirvə Toplantısı noyabrın 20-dən 24-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçiriləcək. Rusiya nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının Ekspert İdarəsinin rəhbəri Denis Aqafonov, onun müavini və G20 ölkələri ilə əlaqələr üzrə Prezidentin nümayəndəsi Svetlana Lukaş, eləcə də xarici işlər nazirinin müavini Aleksandr Pankin və maliyyə nazirinin müavini İvan Çebeskov daxil edilib.
Xatırladaq ki, daha əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb Putinin sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşə biləcəyini istisna etməyib. O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin də toplantıda iştirak edə biləcəyini bildirib.
Lakin Tramp özü açıqlama verərək tədbirə qatılmayacağını bildirib. Onun yerinə ABŞ-ni vitse-prezident Ceyms Devid Vens təmsil edəcək.





















































