Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

08 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin və 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə rayonun Hüseynhacılı kəndində ağacəkmə aksiyası təşkil olunub.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də media nümayəndələri iştirak ediblər.
Zəfər Gününə həsr olunmuş aksiyada ümumilikdə 1100 ədəd müxtəlif növ ağac əkilib. Bu təşəbbüs təbiətin qorunması və yaşıllıqların artırılması ilə yanaşı, xalqımızın böyük Qələbəsinin rəmzi olaraq, Vətən sevgisinin ifadəsi kimi dəyərləndirilir.








































































