Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Millimiz İslandiya və Fransa ilə oyunlara bu heyətlə çıxacaq

Azərbaycan milli komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
“Qafqazinfo” xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.
Almaniya 2-ci Bundesliqasında mübarizə aparan “Kayzerslautern”də çıxış edən Mahir Emreli heyətdə yer almayıb.
27 yaşlı hücumçu ötən gün 9 turdan sonra klubunun formasında meydana çıxsa da, zədələndiyi üçün əvəzlənib. O, meydanı göz yaşları içində tərk edib. Görünür, Mahirin zədəsi ciddidir.
Azərbaycan millisi noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığması, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Səlahət Ağayev (“Qəbələ”), Rza Cəfərov (“Neftçi”)
Müdafiəçilər: Elvin Bədəlov (“Neftçi”), Bəhlul Mustafazadə (“Qarabağ”), Bədavi Hüseynov (“Qarabağ”), Abbas Hüseynov (“Qarabağ”), Elvin Cəfərquliyev (“Qarabağ”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya)
Yarımmüdafiəçilər: Qismət Alıyev (“Zirə”), Rüfət Abbasov (“Şamaxı”), Emin Mahmudov (“Neftçi”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Abdulla Xaybullayev (“Sabah”), Xəyal Əliyev (“Sabah”), Toral Bayramov (“Qarabağ”), Ceyhun Nuriyev (“Zirə”), Rüfət Abdullazadə (“Varaždin”, Xorvatiya)
Hücumçular: Anatoli Nuriyev (“Sabah”), Rüstəm Əhmədzadə (“Sumqayıt”), Renat Dadaşov (“Motor”, Polşa), Nəriman Axundzadə (“Qarabağ”), Rəhman Daşdəmirov (“Sabah”)





















































