Menu
Xəbər Lenti
Məşhur aktrisa evlənir
11-11-2025, 07:43

Məşhur aktrisa evlənir

Levandovski het-trik etdi
10-11-2025, 09:30

Levandovski het-trik etdi

Ağdaşda zəlzələ oldu
10-11-2025, 09:04

Ağdaşda zəlzələ oldu

Sabah hava necə olacaq?
9-11-2025, 09:47

Sabah hava necə olacaq?

13 Kas 05:38Manşet / Dünya

Bu ölkədə ayı hava limanına girdi, hökumət hərəkətə keçdi

bu-olkede-ayi-hava-limanina-girdi-hokumet-herekete-kecdi

Yaponiyanın şimal-şərqində, İvate prefekturasında yerləşən Hanamaki hava limanında ayının uçuş-enmə zolağına girməsi nəticəsində uçuşlar müvəqqəti olaraq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NHK-nin məlumatında deyilir.

Bildirilib ki, hadisə yerli vaxtla saat 13:00 radələrində baş verib. Təhlükəsizlik səbəbindən hava limanında bütün uçuşlar dayandırılıb. Ayının zolaqdan uzaqlaşdırıldığı təsdiqləndikdən sonra uçuşlar saat 14:30-da bərpa edilib.

Son aylarda Yaponiyada ayıların insan məskənlərinə yaxınlaşması və hücum halları artıb. Tokio hökuməti bu vəziyyətə qarşı tədbirlər çərçivəsində ölkənin şimalında, ayı hücumlarının daha çox qeydə alındığı Akita prefekturasına xüsusi qüvvələrin göndərilməsi qərarını verib.

Bundan əlavə, Yaponiya hökuməti 31 oktyabr tarixində ayı hücumlarının qarşısını almaq məqsədilə yeni lisenziyalı ovçuların işə götürülməsi planını açıqlayıb.