Menu
Xəbər Lenti
APA-nın 21 yaşı olur
16-11-2025, 08:33

APA-nın 21 yaşı olur

Toral millidən çıxarıldı
15-11-2025, 07:56

Toral millidən çıxarıldı

BBC Trampdan üzr istədi
14-11-2025, 05:04

BBC Trampdan üzr istədi

Ölüm səbəbi açıqlandı
13-11-2025, 05:33

Ölüm səbəbi açıqlandı

18 Kas 08:41Manşet / Gündəm / Sosial

“Otağa icazəsiz girib isinmək üçün od qalayıblar”

otaga-icazesiz-girib-isinmek-ucun-od-qalayiblar

Lənkəranın Göyşaban kəndində baş verən yanğın zamanı iki nəfərin (59 yaşlı Cəlilabad sakini Əmrah Bədirov və 55 yaşlı Sərraf Mustafayev) yanmış meyitinin tapılması ilə bağlı yeni detallar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, hər iki şəxs hadisə baş verən ərazidə – donuzçuluq fermasının yaxınlığındakı metal konstruksiyalı yardımçı tikilidə yaşayır və həmin fermada gözətçi kimi işləyirmiş.

Ə. Bədirovun qardaşı Aqil Bədirov hadisə barədə bildirib: “Çox ağır hadisədir, araşdırılır, tam məlumatımız yoxdur. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb, sakit adam idi”.

Fermanın sahibi Namiq Əhmədov isə hadisənin fermaya aidiyyəti olmadığını söyləyib: “Həmin şəxslər fermanın yaxınlığındakı zibil poliqonunda uzun müddətdir səfil həyatı sürürdü. Hər ikisi içki aludəçisi olub. Hadisə baş verən gün gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına girib və orada isinmək üçün od qalayıblar. Yəqin ki, hadisə bundan sonra baş verib. Onlar poliqondan metal qırıntıları toplayıb sataraq gündəlik qazanc əldə edirdilər”.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətindən qeyd edilib ki, noyabrın 15-i Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin videomaterialında: