Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Frida bununla da tarixə düşdü - 54,7 milyonluq hərrac

Meksikalı məşhur rəssam Frida Kahlonun “Yuxu (Çarpayı)” adlı avtoportreti Nyu-Yorkda keçirilən hərracda 54,7 milyon dollara satılıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Sotheby’s” tərəfindən təşkil edilən hərracda 1940-cı ildə çəkilən bu əsər uğrunda dörd dəqiqə ərzində rəqabət aparılıb.
Kahlonun yatağında uzandığı anı təsvir edən rəsmdə üzərində dinamit bükülmüş gülümsəyən bir skelet fiquru da yer alır.
Hərrac evi əsərin yeni sahibinin kimliyini açıqlamayıb.
.png)
Məlumat üçün qeyd edək ki, bu əsər bir qadın rəssamın müəllifi olduğu və hərracda satılan ən bahalı tablo kimi tarixə düşüb. Belə ki, avtoportret 2014-cü ildə Corciya O’Kifin “Jimson Weed/White Flower No. 1” adlı əsərinin 44,4 milyon dollara satılması ilə nail olduğu rekordu geridə qoyub.
Şəxsi kolleksiyaya aid olan bu tablo Kahlonun Meksikadan kənarda olan azsaylı əsərlərindən biridir. Meksikada dövlət və özəl kolleksiyalarda saxlanılan əsərlər mədəni irs hesab edildiyi üçün ölkə xaricinə çıxarıla və satıla bilməz. Bu əsər isə sahibi açıqlanmayan və beynəlxalq satış hüququ olan şəxsi kolleksiyadan gətirilib.
Bəzi incəsənət tarixçiləri əsərin yenidən şəxsi kolleksiyaya düşə biləcəyindən və bu səbəbdən ictimaiyyətə təqdim olunmayacağından narahat olduqlarını bildiriblər. Rəsm sonuncu dəfə 1990-cı illərin sonunda nümayiş etdirilib. Artıq əsərlə bağlı Nyu-York, London və Brüsseldə keçiriləcək sərgilər üçün müraciətlər edilib.
Qeyd edək ki, gənc yaşlarında ağır avtomobil qəzası keçirən Frida Kahlo uzun müddət yataq rejimində yaşayıb və ömrünün çox hissəsini əməliyyatlarla keçirib. O, 47 yaşında vəfat edib. Müalicə aldığı uzun illər ərzində rəsmlər çəkməyə başlayan Frida yaratdığı avtoportretlərlə tanınır.

























































