Xəbər Lenti
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
18-04-2026, 09:41
Türkiyədəki hadisələrə görə bu “YouTube” kanalına qadağa - 7,5 milyon izləyicisi var
ABŞ Maduronu terrorçu elan etdi

ABŞ Venesuela Prezidenti Nikolas Maduronu terror təşkilatının rəhbəri elan edib və onun tutulması üçün 50 milyon dollar mükafat qoyub.
“Qafqazinfo” xəbər verir ki, Ağ Evin açıqlamasında “Maduro rejiminin legitim hesab edilmədiyi” vurğulanıb.
Qərar Vaşinqton və Karakas arasındakı gərginliyi daha da artırıb. ABŞ son aylarda “narkotiklə mübarizə” adı altında Venesuela sahillərinə hərbi dəniz qüvvələri, o cümlədən, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini göndərib.
Venesuela rəhbərliyi isə 4,5 milyon nəfərlik milis qüvvəsinin səfərbər olunduğunu və mümkün hücuma cavab verməyə hazır olduqlarını bildirib.
Bundan başqa, ABŞ “Cartel de los Soles” qrupunu xarici terror təşkilatı kimi tanıyacağını açıqlayıb.























































