“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Qəzzanın bərpası ilə bağlı konfrans təxirə salındı

Misirdə noyabrın sonunda keçirilməsi nəzərdə tutulan Qəzza zolağının bərpasına dair beynəlxalq konfrans bölgədəki vəziyyətin pisləşməsi ucbatından qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Misirdən olan mənbə toplantının planlaşdırıldığı tarixdə baş tutmayacağını və daha sonrakı bir vaxta keçirilməsinin qərara alındığını bildirib.
Mənbə qeyd edib ki, bir sıra ölkələr Qəzzada dağıntıların təkrarlanmayacağına dair təminat tələb edir, lakin İsrailin davam edən eskalasiyası fonunda belə bir zəmanət vermək mümkün olmadığından proses gecikdirilir. O, eləcə də, anklavın İsrail nəzarətində olan hissəsi ilə bağlı paralel səylərin davam etdiyini vurğulayıb.
Mart ayında Qahirədə keçirilən Ərəb Liqasının fövqəladə sammitində fələstinlilərin köçürülməsini nəzərdə tutmayan, mərhələli şəkildə icrası planlaşdırılan Qəzza bərpa proqramı qəbul edilmişdi. İlkin hesablamalara görə, yenidənqurma xərclərinin 53 milyard dollar təşkil edəcəyi bildirilir.
Bundan əlavə, Qahirə hərbi əməliyyatların dayanmasının ardından BMT ilə razılaşdırılacaq beynəlxalq konfransın keçirilməsinə çağırmış, oktyabr ayında isə belə bir tədbirə ev sahibliyi etməyə hazır olduğunu bəyan etmişdi.






















































