Xəbər Lenti
Dün, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
18-09-2026, 15:15
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 18:04
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Şri-Lankada sel fəlakəti - 47 ölü, 21 itkin...

Şri-Lankada bir həftəyə yaxındır davam edən leysan yağışları ölkənin müxtəlif bölgələrində ciddi fəsadlara yol açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb.
Şri-Lanka Fövqəladə Halların İdarə olunması Mərkəzinin açıqlamasına əsasən, güclü yağışların yaratdığı sel və sürüşmə hadisələrində indiyədək 47 nəfər həlak olub, 21 nəfər isə itkin düşüb. Onlarla ev, kənd təsərrüfatı sahələri və yollar su altında qalıb.
Bildirilib ki, ölkə üzrə ümumilikdə 5 893 nəfər təbii fəlakətlərdən zərər çəkib. Dağlıq ərazilərdə baş verən torpaq sürüşmələri səbəbindən bəzi qatar xətlərinə iri qaya və ağaclar düşüb, bir sıra marşrutlar dayandırılıb, digər xətlər isə sel suları altında qalıb.























































