“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Honkonqdakı yanğında ölənlərin sayı artdı - Yenilənib

Honkonqun Tai Po rayonundakı yaşayış kompleksində baş verən güclü yanğında ölənlərin sayı 75-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhərin Yanğın Xidmətləri Departamenti məlumat yayıb.
Qeyd edək ki, hadisə Honkonqun son illərdə qeydə alınan ən dəhşətli yanğınlarından biri kimi dəyərləndirilir. Yanğınsöndürənlər artıq ikinci gündür ki, Yeni Ərazilər bölgəsində yerləşən “Wang Fuk Court” çoxmərtəbəli yaşayış kompleksində alovla mübarizə aparırlar.
Polis yanğınla bağlı “Prestige Construction & Engineering Company” şirkətinin iki direktoru və mühəndis-məsləhətçisini saxlayıb. İstintaq materialları yanğının sürətlə yayılmasına tikintidə normativlərə uyğun olmayan materiallardan istifadənin səbəb ola biləcəyini göstərir.
Xatırladaq ki, 1980-ci illərdə inşa olunmuş və təqribən 4 800 sakin, xüsusən yaşlı şəxslərin yaşadığı kompleksdə genişmiqyaslı təmir işləri aparılırdı. Təxminən 900 nəfər yanğından sonra müvəqqəti sığınacaqlara təxliyə edilib.
***
“South China Morning Post” (SCMP) xəbər verir ki, Honkonqda baş verən yanğın nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb.
Nəşrin məlumatına görə, 76 nəfər xəsarət alıb.
***
Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.






















































