HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Laçında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertindən
Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı - 2025” ilinin bağlanış mərasimi çərçivəsində noyabrın 29-da “LaCinema” kinoteatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Üzeyir Məmmədovun dirijorluğu ilə gerçəkləşən konserti Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, MDB Ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru Tair İksanov, birlik ölkələrindən gəlmiş nümayəndələr və Laçın sakinləri izləyiblər.
Orkestrin ifasında Ü.Hacıbəylinin “Arazbarı” zərbi muğamı, “Arşın mal alan” operettasından uvertüra, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay” (solist: Səid Məmmədov, violin), V.A.Motsartın "Kiçik gecə serenadası", D.Dadaşovun “Skerso” (solist: Əməkdar artist Çinarə Heydərova, qanun), “Qadın ətri” filmindən “Tanqo” (Karlos Qardel), A.Məlikovun “Sehrli xalat” filmindən “Qızların rəqsi”, C.Cahangirovun “Cənnətim Qarabağ” (solist: Nurlana Abdullayeva, vokal), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Y.Qadenin “Tanqo "Jalüz”, T.Quliyevin “Qaytağı” (solist: Rəvan Mustafazadə, tar), A.Əlizadənin “Cəngi”, P.İ.Çaykovskinin “Vals”, E.İbrahimovanın “Ey Vətən”, E.Sabitoğlunun “Dədə Qorqud” filmindən “İncəbellim”, F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı" əsərlərini və “Şalaxo” Azərbaycan xalq rəqsi (solist: Ç.Heydərova) təqdim olunub.
Konsert proqramına Taleh Yahyayevin (bariton) ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı ilə yekun vurulub.
Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestr Polşa, Türkiyə, İngiltərə, Tunis, Yaponiya, Misir, Gürcüstan, Belarus, Çin, Almaniya, Fransa, Rusiya və digər ölkələrdə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib.
2018-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.



































































