Menu
Xəbər Lenti
O da “A.B.İ.”yə gəlir
1-06-2026, 07:17

O da “A.B.İ.”yə gəlir

Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

Azərbaycan nefti ucuzlaşdı
29-05-2026, 09:12

Azərbaycan nefti ucuzlaşdı

01 Ara 04:57Manşet / İdman

“Ertem Şener “Qarabağ”ın oyunu üçün İTV-yə müraciət etməyib” - Yenilənib

ertem-sener-qarabagin-oyunu-ucun-itv-ye-muraciet-etmeyib

Ertem Şenerin “Napoli”-“Qarabağ” oyununu şərh etməsi ilə bağlı İctimai Televiziyaya (İTV) hər hansı müraciət olunması barədə məlumatlar həqiqəti əks etdirmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TVNET platforması məlumat yayıb.

Bildirilib ki, belə bir müraciət olmadığı üçün İTV tərəfindən guya mənfi cavab verilməsi ilə bağlı yayılan xəbərlər də tamamilə yanlışdır.

“Bu mövzuda nə SPORT TV, nə də Ertem Şener tərəfindən İTV-yə müraciət olunub. Bir müddət əvvəldən şərhçinin məhz hansı oyunları televiziyamızda şərh edəcəyi ilə bağlı məlumatlar paylaşılırdı. 

Bəzi sosial media səhifələrinin heç bir lüzum olmadığı halda belə bir ajiotaj yaratmağa cəhd etməsi və İTV-nin adını hallanması təəssüf doğurur”, – deyə açıqlamada qeyd olunur.

Xatırladaq ki, bundan öncə “Sportal.az” portalı Ertem Şenerin sözügedən matçı şərh etməsi ilə bağlı İTV-yə müraciət etdiyini, telekanalın isə bu təkliflə razılaşmadığını bildirmişdi.

***

Ertem Şener sosial şəbəkə hesabında bildirib ki, özü şəxsən matçı şərh etmək üçün müraciət etməyib:

“Ortaq yayım üçün müraciət olundu, lakin onlar razılaşmadılar”.