Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Maduro nə zaman istefa verəcəyini açıqladı

Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, səlahiyyətlərini dayandırmağa hazır olsa da, bunu ən azı 18 ay sonra edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, ABŞ rəsmilərinin bir qismi Maduro tərəfindən irəli sürülən bu təklifin ölkədəki siyasi böhrandan çıxış yolu ola biləcəyini nəzərdən keçirib. Lakin Ağ Ev Venesuela liderinin dərhal istefası mövqeyində qalıb.
Nəşrin mənbələrinə görə, Maduro və çevrəsi bir neçə kanalla Ağ Evə müraciət edib və hazırda iki tərəf arasında mümkün əməkdaşlıq formatı müzakirə olunur.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp Maduroya dərhal istefa vermədiyi təqdirdə güc tətbiqi ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi.






















































