Xəbər Lenti
22-06-2026, 19:29
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
22-06-2026, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
“İranda foto çəkdirməyin” - Rusiyadan xəbərdarlıq

Rusiyanın Tehrandakı səfirliyi İrana səyahət edən rusiyalı turistlərə mühüm xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirlik özünün rəsmi teleqram kanalında bəyanat yayıb.
Bəyanatda rusiyalı vətəndaşlara İranda səfərdə olduqları müddətdə foto və videoçəkilişlərdən çəkinmək tövsiyə olunub.
Diplomatik nümayəndəlik bildirir ki, bu tövsiyə mümkün insidentlərin və ya qəsdən edilə biləcək qanun pozuntularının qarşısını almaq məqsədi daşıyır.
Bəyanatda qeyd olunub ki, turistlərdən yerli qanunvericiliyə ciddi riayət etmələri, diqqətli və sayıq davranmaları tələb edilir.























































