Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

04 Ara 05:34Manşet / Dünya

Maska görə Trampdan sonra prezident bu şəxs olacaq

maska-gore-trampdan-sonra-prezident-bu-sexs-olacaq

“SpaceX” və “Tesla” korporasiyalarının qurucusu, ABŞ-də ləğv edilmiş Hökumətin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) keçmiş rəhbəri, milyarder İlon Mask sabiq həmkarları ilə söhbətində ABŞ-nin növbəti prezidentinin Ceyms Devid Vens olacağını proqnozlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.

Məlumata görə, Mask bu fikri DOGE-nin əməkdaşları ilə görüş zamanı ifadə edib. O, Amerikanın “böyük on iki illik dövr” ərəfəsində olduğunu qeyd edib. Mask bu müddətə Trampın hazırkı dörd illik hakimiyyətini və Vensin mümkün iki prezidentlik müddətini (8 il) daxil edib.

Bildirilib ki, İlon Mask Cey Di Vens ilə yaxşı münasibətlər qurub.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.