Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

07 Ara 07:47Manşet / Gündəm / Şou-biznes

Tramp Silvestr Stalloneyə medal təqdim edib

Tramp Silvestr Stalloneyə medal təqdim edib

ABŞ Prezidenti Donald Tramp bir sıra məşhur artistə ifaçılıq sənətinin inkişafındakı görkəmli töhfələrinə görə Kennedi Mərkəzinin medalını təqdim edib.

Oxu.Az bu barədə "PBS News Hour" telekanalına istinadən xəbər verir.

Ağ Evdə baş tutan mərasimdə mükafata "Kiss" rok-qrupu, aktyor Silvestr Stallone və müğənni Qloriya Qeynor layiq görülüblər. Britaniyalı aktyor Maykl Krouford və kantri müğənnisi Corc Streyt də laureat olublar.

ABŞ lideri Stalloneyə mükafatı təqdim edərkən deyib: "Dostum görkəmli insandır, həqiqətən böyük kino ulduzlarından biridir. Onların sayı indi azalıb".

Tramp mükafatı təqdim edərkən müasir kinoda "əfsanə" adına layiq görüləcək az sayda aktyor olmasından şikayətlənib.