Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlk filmi üçün kamera qarşısına keçdi

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ağ Ev dövrünün pərdəarxası məqamlarını əks etdirəcək yeni sənədli filmi ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, özünün təsis etdiyi “Muse Films” adlı istehsal şirkəti vasitəsilə hazırlanan layihəni rəsmən təqdim edib.
“Melania” adlı sənədli film 30 yanvar 2026-cı ildə dünya miqyasında nümayiş etdiriləcək.
Melaniya Trampın istehsal şirkətinin ilk işi olan bu film Donald Trampın prezident kimi andiçmə mərasiminə aparan prosesdə birinci xanımın yaşadıqlarını ətraflı şəkildə işıqlandırır. Sənədli ekran əsəri Melaniya Trampın şəxsi təcrübələrini, həmin dövrün gizli qalan məqamlarını və pərdəarxası hadisələri ətraflı təqdim edir.
Filmin rejissoru Brett Ratnerdir. Layihənin yayımlanma hüquqları isə “Amazon”un “Prime Video” və “Melstreaming” platformaları tərəfindən 40 milyon dollara satın alınıb. Bu səbəbdən filmin qlobal miqyasda geniş auditoriyaya çatacağı gözlənilir.
Melaniya Tramp sosial şəbəkə paylaşımında yeni istehsal şirkətini təqdim edərək belə deyib:
“Sizlərə təqdim edirəm: “Muse Films“. Yeni yaradılan istehsal şirkətim. “Melania” filmi 30 yanvar 2026-cı ildən etibarən dünya üzrə kinoteatrlarda xüsusi nümayişlərlə tamaşaçıların qarşısına çıxacaq”.
Sənədli film hazırkı birinci xanımın media və kino sahəsindəki ilk böyük layihəsi kimi qiymətləndirilir.























































