Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

09 Ara 05:09Manşet / Dünya

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

dunyanin-sesle-idare-olunan-ilk-smartfonu-teqdim-edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli – “Nubia M153” ictimaiyyətə təqdim edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz “Doubao Mobile Assistant” adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerinə yetirir.

Restoranda masa sifariş etməkdən tutmuş fotolara düzəliş etməyə qədər müxtəlif gündəlik əməliyyatlar yalnız danışmaqla icra oluna bilir.

Smartfon müvəqqəti olaraq prototip kimi təqdim olunub və yalnız onlayn sifarişlə əldə edilir. Çin bazarında ona böyük maraq göstərilməsinin səbəbi, əsasən, texniki göstəricilər yox, cihazın təqdim etdiyi proqram təminatı imkanlarıdır. Model 3499 yuana (təxminən 494 dollar) satılır.

Qeyd olunub ki, “Doubao Mobile Assistant” platforması “ByteDance” və ZTE şirkətlərinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.