Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
“Star Wars”ı dünyaya tanıdan ilk poster satıldı

“Star Wars” (“Ulduz müharibələri”) filmini dünyaya tanıdan ilk poster satılıb.
“Qafqazinfo” xəbər verir ki, 50 il əvvəl “Star Wars” filmini tanıdan poster hərracda 3,875,000 dollara alıcı tapıb.
Belə ki, rəssam və poster dizayneri Tom Yunq tərəfindən 1977-ci ildə akril və aerofırça texnikalarından istifadə edilərək yaradılan poster ABŞ-də “Heritage Auctions”da satışa çıxarılıb.
Filmin nümayişindən iki həftə əvvəl nümayiş etdirilən və yüksək qiymətləndirilən ikonik poster hərracda 3,875,000 dollara alıcı tapıb.
Beləliklə, 1 milyon dollara satışa çıxarılan poster “Star Wars” seriyasına aid ən yüksək qiymətli əsər və bütün film sənayesində ən dəyərli poster olub. Əvvəlki rekord “Star Wars” filmlərindəki cani Dart Veyderin işıq qılıncına məxsus idi və qılınc 3,6 milyon dollara satılmışdı.
Posterin prodüser Qari Kurtsun ofisində asılı olduğu və daha sonra ailəsi tərəfindən satışa çıxarıldığı bildirilir.
Posterdə Lyuk Skayuoker işıq qılıncını qaldırır, arxa planda Şahzadə Leya və yuxarıda Dart Veyderin silueti təsvir olunub.
Posterin digər tərəfində X-wing döyüşçüləri hücum edərkən Han Solo və Skayuokerin medal aldığı göstərilir.
“Heritage Auctions” rəsmiləri rəsmin yalnız bir film xatirəsi deyil, həm də Amerika pop mədəniyyətinin əhəmiyyətli bir hissəsi olduğunu qeyd ediblər. Vurğulanıb ki, “Star Wars” seriyasının qlobal fanat bazası onun satış qiymətinin artmasına səbəb olub.























































