Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Merkel məşhur əl jestini tərkidib

Sabiq Almaniya kansleri Angela Merkel “Merkel romb”u adlandırılan özünəməxsus əl hərəkətindən daha istifadə etmir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə siyasətçi Berlində “Stern.de” jurnalının təşkil etdiyi tədbirdə danışıb. Merkel bunun səbəbini belə açıqlayıb: “Bu jest artıq uyğun deyil”.
71 yaşlı keçmiş kansler, həmçinin təqaüdə çıxdıqdan sonra süni intellektə maraq göstərməyə başladığını və “ChatGPT” kimi proqramları sınaqdan keçirdiyini bildirib
Qeyd edək ki, “Merkel rombu” keçmiş kanslerin hər iki əlinin baş və şəhadət barmaqlarını birləşdirərək romb forması yaratdığı jestdir. 2013-cü ildə “Merkel rombu”nun meydana gəlməsi ilə bağlı sualı cavablandırarkən sabiq kansler sadəcə əlləri ilə nə edəcəyini bilmədiyindən bu əl hərəkətindən istifadə etdiyini bildirmişdi.



























































